Ermənistanda qondarma “Artsax”ın ləğvinə qarşı çıxanlar nəzarətə götürülür

Baxış sayı:
7872

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti rəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğuya çağırır. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, bu, onların tanınmamış “respublika”nın ləğvinin mümkünsüzlüyü ilə bağlı ictimai çıxışları ilə əlaqədardır.
Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında “DQR dövlət naziri” Artak Beqlaryan, “DQR” rəhbərinin müşaviri Vladimir Qriqoryan və “DQR” “Milli Assambleyası”nın vitse-spikeri Qaqik Baqunts da var.