Tiflis Ermənistana silah ötürməsinə “haqq qazandırır” - “HƏR BİR ÖLKƏNİN MÜDAFİƏ QÜVVƏLƏRİNƏ SAHİB OLMAQ HAQQI VAR”

Baxış sayı:
4533

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin “Birinci Kanal”ının “Azad baxış” verilişində Fransanın Gürcüstan ərazisi vasitəsil Ermənistana silah tədarükünü şərh edib.
Bu barədə Gürcüstan KİV-ləri xəbər verir.
Aparıcının Fransadan Ermənistana zirehli texnikanın Gürcüstan vasitəsilə tədarükü Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mane olub-olmayacağı sualına Darçiaşvili cavab verib ki, “Gürcüstan hər iki ölkəyə tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verir”.
“İstənilən ölkənin müdafiə gücünə malik olmaq hüququ var. Və beynəlxalq müqavilələrlə icazə verilən adi texnika və ya silahlara gəldikdə, istənilən ölkənin onları əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə ölkəmizin malik olduğu tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verilsin. Bu, bizim cavabımızdır, bu məsələ ilə bağlı eyhamlar yersiz olacaq”, - Darçiaşvili bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanın “əsas məqsədi” “iki dost və qardaş xalqla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir”.
Xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Gürcüstan bu prosesdə qərəzsiz oyunçu rolunu uğurla yerinə yetirir.