Türk ordusu kürd terrorçularına hava zərbələri endirib

Baxış sayı:
2494

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Haseke əyalətindəki Tel Tamr qəsəbəsi ərazisindəki kürd yaraqlılarının mövqelərinə hava zərbələri endirib. Muxalifet.az bu barədə nation.news -saytına istinadla məlumat verir. Hava zərbələri Kaban qəsəbəsi və Latakiyanın şimalındakı Jebel al-Akrad dağ silsiləsi ərazisində yerləşən İŞİD terrorçularına endirilib. Suriya hökümət qüvvələrinin 4-cü zirehli bölməsi “Həyat Təhrir əş-Şam və Türküstan İslam Partiyasından” olan yaraqlılara hücum edib. Həmçinin qeyd olunur ki, İdlibin cənubunda Şam hökumət qüvvələrinin raket bölmələri yaraqlıların mövqelərinə hücum edib. Hədəf Maaret-Xurma şəhəri ərazisindəki Xəyyət Təhrir əş-Şamdan olan terroristlərdir. Bölgədə, Suriya hökumət qüvvələri ilə Əl Qaidə ilə bağlantısı olan terrorçular arasında müharibə davam edir. Muxalifet.az