​TRAMPIN TVİTİNƏ ƏRDOĞANDAN CAVAB - "Cənab Prezident , terrorizmə qalib gəldiyimiz zaman...”

Baxış sayı:
5992

Dünən Türkiyədə ABŞ və Türkiyə arasında əldə olunan tarixi anlaşmadan sonra Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Muxalifet.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Öz növbəsində Türkiyə prezidenti Ərdoğan da amerikalı həmkarının jestini dəyərələndirib. Ərdoğan sosial şəbəkə üzərindən  Donald Trampa verdiyi cavabda yazır:
"Cənab Prezident , insanlığın əsas düşməni olan terrorizmə qalib gəldiyimiz zaman daha çox insan xilas olunacaq".

Qeyd edək ki, siyasi şərhçilər ABŞ və Türkiyə prezidentlərinin bu tvitlərini ölkələr arasında “buzların əriməyə başlaması” kimi şərh edib.  

Muxalifet.az