Tbilisidə keçirilən aksiya başa çatdı - YENİLƏNİB

Baxış sayı:
4306

Tbilisidə parlament binası önündə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya başa çatıb.

“Report” xəbər verir ki, aksiya çərçivəsində parlamentin binası qarşısında böyük ölçüdə ağ lövhə quraşdırılıb.

İştirakçılar həmin lövhədə “Qaxaria get” və digər etiraz müraciətlərini yazıblar.

İyulun 4-də saat 19:00-da keçiriləcək sayca 15-ci aksiyada tribuna musiqiçilərə veriləcək.

***

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, 14-cü gündür davam edən aksiyanın tələbi dəyişməz olaraq qalır.

Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.