Səudiyyənin 7 klanı gizli toplandı: ŞAHZADƏ SALMAN DEVRİLİR

Baxış sayı:
7543

Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi, kral ailəsini vəliəhd şahzadə Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Le Fiqaro” qəzeti etibarlı mənbəsinə istinadən yayıb. Məlumata görə, 7 əsas klanı birləşdirən Müdriklər Şurası artıq bir neçə gündür gizli iclas keçirir:

“Ekspertlərin fikrincə, bu şura vəliəhd şahzadə üçün müavin təyin edə bilər. Bu vəzifə 2017-ci ildə Məhəmməd bin Salman vəliəhd təyin olunanda ləğv edilib. Vəliəhd şahzadənin müavini vəzifəsinə 30 yaşlı Xalid bin Salman təyin edilə bilər. O, vəliəhd şahzadənin kiçik qardaşıdır və keçən həftə ABŞ-daki səfir vəzifəsindən uzaqlaşaraq geriyə qayıdıb.

Əgər Xalid bin Salman müavin təyin edilsə, bu, Məhəmməd bin Salmanın vəliəhd vəzifəsindən getməsinin yaxın olduğunu göstərəcək. Lakin bu proses dərhal baş verməyəcək”.