Səudiyyə Ərəbistanın əks hücum - 35 KƏND ƏLƏ KEÇİRİLDİ

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin hərbi koalisiyyasının Yəmənə endirdiyi hava zərbələrindn sonra hüsilər əks-hücuma keçib.

İran mediası xəbər verir ki, "Ənsarallah" Səudiyyənin Yəmən sərhəddindəki Nəcran bölgəsinə hücum etdiyini bəyan edib.

Məlumatda deyilir ki, yəmənlilər Səudiyyə Ərəbistanının 40 əsgərini əsir götürməklə bərabər 35 yaşayış məntəqəsini də ələ keçirib.

Yəməndə vurulmuş Ərəbistan qırıcısının bir pilotunun adı açıqlanıb. Pilotun adı Mustafa Şamsandır.

Bu arada Səudiyyə Ərəbistanı və koalisiyaya məxsus döyüş təyyarələri Yəmənə növbəti zərbələr endirib. Üsyançıların nəzarətində olan Taiz şəhərindəki hərbi baza bombalanıb.

Yəmən prezidenti Əbd Rəbbo Mənsur Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyada getdiyi bildirilir. Onun Ər Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitində iştirak edəcəyi gözlənilir.