Rusiya ABŞ-la razılığa gəlir - PUTİNDƏN MESAJ

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi ABŞ-la Suriyadakı vəziyyətə dair azılaşmanın əldə olunmasına yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə Putin “Bloomberg”-ə müsahibəsində bildirib.
“Biz tədricən düzgün istiqamətdə hərəkət edirik. Yaxın gələcəkdə razılığa gələcəyimizi və beynəlxalq birliyə razılaşmamızı təqdim edəcəyimizi istisna etmirəm”, - deyə Putin bildirib.