Rus səfir nazirliyə çağırıldı: Təlimlərə müdaxilə...

Baxış sayı:
2662

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliyinə çağırılıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər naziri Timo Soyni deyib.

Nazir GPS skandalından dolayı səfirin çağırıldığını bildirib.

Qeyd edək ki, 16 oktyabr-7 noyabr tarixlərində NATO təlimləri zamanı GPS sistemində nasazlıq yaranmışdı.

Bazar ertəsi isə Finlandiya Baş naziri Yuxa Sipilya açıqlamasında GPS-da baş verən nasazlığın Rusiya müdaxiləsindən yaranan təxribat olduğunu istisna etməmişdi.