Ruhani Trampa səsləndi: İran daha bir zəngin neft yatağı kəşf elədi

Baxış sayı:
3022

İranda 53 milyard barel xam neft ilə yeni bir neft yatağı kəşf edilb. Prezident Həsən Ruhani, bu yatağın ölkənin təsdiqlənmiş 150 milyard barel ehtiyatını üçdə birə qədər artıra biləcək bir kəşf olduğunu söylədi.
Muxallifet.az bu barədə Əl-Cəzirəyə istindla xəbər verir. Dövlət televiziyasında Yəzd şəhərindən canlı yayımda çıxış edən Ruhani, yeni yatağın ölkənin ən vacib neft sənayesinə sahib olan Xuzistan əyalətində  kəşf olunduğunu söylədi.
"Ağ Evə deyirəm ki, İran neftinin satışına sanksiya qoyduğunuz bu günlərdə ölkənin mühəndisləri daha 53 milyard barel neft kəşf edə bildilər" deyə çağırış edib.
Neft ehtiyatları iqtisadi cəhətdən çıxarmaq sərfəli olan xam məhsula aiddir. Rəqəmlər fərqli standartlara görə ölkələrə görə fərqli şəkildə dəyişə bilər.
İran hazırda dünyada təsdiqlənmiş xam neft yataqlarının dördüncü və təbii qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yerdədir.
Yeni neft yatağı Əhvazda 65 milyard barel olan yataqdan sonra İranın ikinci ən böyük yatağı ola bilər.
Rəsmi Tasnim xəbər agentliyinə görə, yatağının sahəsi 2,400 kvadrat kilometr, dərinliyi isə 80 metr dərinlikdədir.
Beynəlxalq neft məsələləri üzrə məsləhətçi Manuçehr Takin Əl-Cəzirə kanalına açıqlamasında yataqdan nə qədər neftin hasil oluna biləcəyini açıqlamadı.
"Açıqlama siyasətçilər tərəfindən edildi. Çox da texniki məlumat vermədilər" dedi. "O yataqda 53 milyard barelin olub - olmadığı dəqiq deyil, hətta neft olsa da, 20 ya 30 faizini çıxarmaq olar, bu çox böyük bir miqdardır.

"Kəşf etmək istehsal etməkdən fərqli bir şeydir" dedi. "Əlbəttə ki, neft və qaz hasil etmək üçün vaxt lazımdır. Bu kəşf edilmiş bu yatağın xüsusiyyətlərindən asılıdır...Deyərdim ki, ən azı 2 və ya 3 il minimum vaxt aparacaq (istehsal başlamazdan əvvəl)."
ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada ABŞ-la İran və dünya gücləri arasındakı 2015-ci nüvə razılaşmasından çıxandan sonra ABŞ və İran arasındakı gərginlik artdı.
Saziş beynəlxalq sanksiyalardan azad olmaq müqabilində İranın nüvə proqramına qarşı məhdudiyyətlər nəzərdə tuturdu.
ABŞ sazişdən çıxdıqdan sonra, İranın neft ixracatını boğmaq və iqtisadiyyatını təcrid etmək üçün sanksiyaları bərpa edərək Tehranı yeni razılaşmaya məcbur etmək üçün onlardan “maksimum təzyiq” kimi istifadə etdi.
İyun ayında Tramp, İranın "faydasız" olduğunu və "diplomatiya yolunun davamlı bağlanması"nı əsas gətirərək  İranın yüksək rəhbərliyinə, o cümlədən Əli Hüseyni Xameneiyə yeni sanksiyalar tətbiq edən bir sərəncam imzaladı.
Şənbə günü İran, uranın zəngnləşdirilməsini, buna 3,67 faiz həddi qoyan razılaşma çərçivəsində öhdəliyindən uzaqlaşaraq beş faizə qaldırdığını söylədi.
Muxalifet.az