"Qərb sistemi tamamilə çökəcək" - QORXULU PROQNOZ

Amerikalı biznesmen Cim Rocers qarşıdakı bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini iddia edib.
Muxalifet.az xəbər verir ki, o, “Biznes İnsayder” qəzetinə müsahibəsində bu ilin sonu, ya da gələn il tarixin ən böyük böhranının olacağını söyləyib.
Rocers “Dövlətlər iflas edəcək. İslandiya və başqa ölkələrin də aqibəti belə olacaq. Qərb mədəniyyəti çökəcək. Bu, yaşayacağınız ən böyük çöküş olacaq”, - deyib.