​Prezidentin səlahiyyətləri əlindən alındı – BAŞ NAZİR PARLAMENTİ BURAXACAQ…

Baxış sayı:
2953

Moldovanın Konstitusiya Məhkəməsi baş nazir səlahiyyətlərini icra edən Pavel Filipə parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək üçün müvəqqəti olaraq prezident səlahiyyətlərinin verilməsinə qərar verib.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin rəsmi saytında məlumat dərc olunub.
 
Baş nazir səlahiyyətlərini icra edən Pavel Filip Moldova Respublikası prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Konstitusiya məhkəməsinə X çağırış parlamentinin ləğvi haqqındakı şəraitin mövcud olduğunu müəyyənləşdirmək üçün müraciət etməli, daha sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam verməlidir”, - Konstitusiya Məhkəməsindən bildirilib.
 
Bildirilib ki, Prezident İqor Dodonun parlamenti buraxmaqdan imtina etməsi konstitusiya öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilir.