Pakistandan Səudiyyəyə dəstək bəyanatı

Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə qarşı hər hansı təhdidə sərt cavab verəcəyini bildirib. Bu bəyanatla Pakistanın  baş nazir Nəvaz Şərif çıxış edib. Nəvaz Şərif hökumətin yığıncağında Pakistanın Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrilə yaxın və qardaş əlaqələrə sahib olunduğunu bildirib.

Hökumətin yığıncaqında Müdafiə naziri Havaca Asif, Milli və Xarici Əlaqələr müşaviri Sertaç Əziz və ordunun bəzi səlahiyyətlilərdən ibarət heyətin 27 martda Səudiyyə Ərəbistanına göndərilməsi haqda qərar qəbul olunduğu da bildirilir. Baş nazirin başçılıq etdiyi yığıncağa Müdafiə naziri Havaca Asif, milli və xarici əlaqələr müşaviri Sertaç Əziz və baş qərargah başçısı General Rahil Şərif və hava qüvvələri komandiri hava marşalı Sohael Aman qatılıb.