Əkrəm İmamoğlu və Binəli Yıldırım canlı yayımda üz-üzə gəldilər - YENİLƏNİB, VİDEO

Baxış sayı:
5626

İyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, 31 martda keçirilmiş və qalmaqallarla yadda qalmış bələdiyyə seçkilərinin nəticələrinə görə CHP-dən İstanbul bələdiyyəsi sədrliyinə namizəd Ekrem İmamoğlu qalib elan edilmişdi. Lakin sonradan hakim AK Partinin etirazları üzündən səslər yenidən sayıldı, nəticə isə dəyişmədi.

Əkrəm İmamoğlu bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan bir neçə gün sonra AK Partinin etirazları ona gətirib çıxardı ki, Türkiyə Yüksək Seçim Kurumu İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi.

İyunun 23-də təkrar seçkilər keçiriləcək. Qələbəyə 31 martda olduğu kimi, iki əsas namizəd var – AKP-dən keçmiş baş nazir və parlament sədri Binəli Yıldırım, CHP-dən Əkrəm İmamoğlu.

İyunun 16-da onlar arasında debat keçirilib. Debatın videoyazısını diqqətinizə çatdırırıq.