Kamran Ağayev komandasını azlıqda qoydu
4-11-2017 23:18
Çexiya çempionatında XIII turun oyunları keçirilir.
Muxalifet.az xəbər verir ki, Kamran Ağayevin çıxış etdyii "Mlada Boleslav" "Banik"in qonağı olub.
Start heyətində yer alan Kamran Ağayev 75-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasının azlıqda qoyub.
Qeyd edək ki, futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. "Mlada Boleslav" 13 oyundan sonra 8 xalla "Karvina" və "Brno" ilə birlikdə son 3 pilləni bölüşür.