​Kamran Ağayev komandasını azlıqda qoydu

Çexiya çempionatında XIII turun oyunları keçirilir. 
Muxalifet.az  xəbər verir ki, Kamran Ağayevin çıxış etdyii "Mlada Boleslav" "Banik"in qonağı olub.
Start heyətində yer alan Kamran Ağayev 75-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasının azlıqda qoyub.
Qeyd edək ki, futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. "Mlada Boleslav" 13 oyundan sonra 8 xalla "Karvina" və "Brno" ilə birlikdə son 3 pilləni bölüşür.