“Barselona” gələn il Messiyə əlavə 33 milyon avro ödəyəcək - MÜKAFAT OLARAQ

Baxış sayı:
2623

İspaniya “Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.

Bu barədə “ESPN” telekanalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, mükafatın məbləği 33 milyon avro olacaq.

Qeyd olunub ki, 2017-ci il müqaviləsində nəzərdə tutulan bonusun ümumi məbləği 66 milyon avrodur. Argentinalı futbolçu mükafatın ilk yarısını fevral ayında alıb.

Messi 2004-cü ildə yaşıl meydana çıxıb və peşəkar karyerasında 700-dən çox qol vurub.