Messi Pelenin rekordunu yenilədi - 1 QOL FƏRQİ İLƏ

Baxış sayı:
4436

Barselona” futbol klubunun argentinalı kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.

Belə ki, 33 yaşlı hücumçu “Valyadolid” ilə matçın 65-ci dəqiqəsində fərqlənib.

“Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdıran Messi rekordçu Peleni ötüb.

Qeyd edək ki, Pele Braziliyanın “Santos” futbol klubunda 643 qol vurub.