"İzolyasiya olunmaq çox təhlükəlidir" - PUTİNDƏN ETİRAF

Rusiya qlobal dünyanın bir parçasıdır və ölkəmizin izolyasiya olunması olduqca təhlükəlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin müəllimlərlə görüşündə deyib.
“Şübhəsiz ki, dünya inkişaf edir. Bir çox əlaqələr var və sərhəd yoxdur. Biz də qlobal proseslərin bir hissəsiyik. Özümüzü təcrid edə bilmərik. Çin də bir zamanlar lider dövlət idi. Lakin özünü təcrid etdikdən sonra geriləməyə başladı”, - Kreml rəhbəri bildirib.