Hər anın bir hökmü var - Mərhəmətli olun, cənablar! - OXUCU KÖŞƏSİ

Baxış sayı:
4632

Cavan kişi qocalıb əldən düşmüş atasını kücəyə salaraq çiyninə alıb dağın başına aparır. Atasını orada qoyaraq yola düzəlir. Qoca ucadan gülür. Oğul heyrət içərisində geri dönərək soruşur:
- Ata, nəyə gülürsən ? Axı,sən ağlamalısan! Burada tək-tənha qalıb qurd-quşa yem olacaqsan!     
Qoca dərindən ah çəkərək deyir:
-Ay oğul, öz əməllərimin nəticəsinə gülurəm. Vaxtıilə mən də atamı beləcə gətirib burada qoymuşdum. Müdrüklər yerində deyiblər :”Nə əkərsən ,onu da biçərsən”.
Hərəkətlərindən dəhşətə gələn övlad tez atasını qucağına alıb geri qaytarır və dünyasını dəyişənədək onun qulluğunda durur.
Cənablar, elə bilməyin ki, bu rəvayətdir. Bəlkə çoxları bilmir ki, indinin özündə də Yaponiyada bir tayfanın üzvləri kimsəsiz qocaları öldürmək ücün dağa aparırlar.
Görünür, bu gün ata-ana, qardaş-bacı qatili olanlar ulu babalarının vəhşi adətlərindən qaynaqlanırlar. Görəsən, onlar nə üçün pislərdən nümunə götürürlər, atasını qucağına alıb dağdan geri qaytaran kişidən yox?!
Bir dostumla çayxanada oturub dərdləşirdik. Bu zaman Qasım kişi gəlib yanımızda əyləşdi. Necə deyərlər, qaş-qabağı yelə gedirdi, çırtma vursaydın, qan cıxardı. Məni görən kimi ağlamsındı:
- Evimi oğurlayıblar, qardaş! Qalmışam bir həsir bir də Məmmədnəsir. Ölülülyum-dirilyim, nəyim vardısa, aparıblar...
Otuz  ildən bəri təmasda olduğum  dostumun halına acıyıb soruşdum:
-Kimdən şübhələnirsən? Sanki kişinin yarasının üstünə duz tökdüm.
-Kim olacaq, nankorun biri deyə, dodaqlarını  çeynəyərək üzümə baxdı: 
-Bacim oğlu. Neçə il öncə Bakıdan mənə pənah gətirmişdi. Onu övladlığa götürdüm, qeydiyata saldırdım, ali məktəbə düzəltdim. Paltosu köhnəlib, təzələdim, lakin özüm üçün təzəsini almadım. Qondarma oğlum ücün kostyum, ayaqqabı da aldım. Fikirləşirdim ki, cavandır, qoy yoldaşları yanında xəcil olmasın. Bu da yaxşılığımın əvəzi. Mən işdə olanda evdə nə varsa hamsını çirpışdırıb aparıb. Qacıb, hec anasıgilə də getməyib. Pal-paltar, zinət şeylərini satıb bir nəfərə. Neyləyim, polisə müraciət etdim? Sındırsınlar qol-qabırğasını, sonra qohum-qardaş yanında olum üzü qara?! Əvvəllər özümü danlayırdım ki, nə üçün vaxtında evlənib oğul-uşaq sahibi olmadım. Bu bədasilin əməllərini görəndən sonra fikirləşirəm ki, yaxşı olub evlənməmişəm.
Bayaqdan kişini diqqətlə dinləyən digər həmsöhbətim ona təsəlli vermək istədi;
-Ağsaqqal, indi başqa əyyamdır. Cavanlara etibar etmək olmur. Mənım qonşuma baxanda sən toya getməlisən. Axı,bu sənin doğma övladın deyil. Sözü gedən ahıla isə lap yazğım gəldi. Oğlu ona yardım etmək əvəzinə, pul istəyib. Kişini ağlamaq tutub, deyib: “Ay oğul, məndə pul hardandı, pensiya ilə başımı birtəhər girləyirəm. Gözləyirdim ki, mənə pul verəcəksən. Neçə vaxdır ki, mədəm əziyyət verir, həkimə getmək istəyirəm”. Nəsə sözləri çəp gəlib. Oğul atasını itələyib yıxıb yerə, qolu-qıçı əzilib. Sonra da evdəki yeganə qiymətlı şey olan xalçaları oğurlayıb aparıb.
Qardaş, indiki cavanlar, mən hamsını nəzərdə tutmuram, Allah qorusun ata-anasının qədrini bilən övladları, lap ağını çıxarıblar. Nə abırları var, nə həyaları. Nə tanrıdan qorxurlar, nə də hökumətdən.
Vaxtilə müdrüklərin etdikləri xəbərdarlıq öz yerini alıb: “Elə bir dövr gələcək ki, böyüklər duran yerdən kiçiklər cavab verəcəklər. Övladlar atalarının məsləhətlərini dinləmək əvəzinə onların başına ağıl qoyacaqlar”.
Ağsaqqallar haqlıdırlar. Doğrudan da son illər insanlar yaman korlanıblar. Valideyin-övlad, böyük-kiçik, qohum-qardaş  münasibətləri dəhşətli korroziyaya məruz qalıb və insanlar bu naqisliyə bir növ adətkər olmağa alışıblar. Halbuki, yaxın keçmişdə, heç uzağa getmək lazım deyil, keçən əsrin 60-80-ci illərində belə eybəcərlikləri barmaqla saymaq olardı. “İnsan insanın dostu, yoldaşı və qardaşıdır” şuarı qəlblərə hakim kəsilməlidir. Ailələrin mütləq əksəriyyətində ataya- anaya müqqəs varlıq kimi baxılır, nəinki, qardaş, bacı məhəbbəti, hətta el-obanın dostluğu tərənüm olunur, insanların sabaha olan inamı artırdı…
Qoy bədxahlar məni qınamasınlar. Həmin gözəl günləri qaytarmaq üçün ən müasir formalar axtarıb tapmaq lazımdır!
Bəli, insan müqəddəratına biganə yanaşmaq, onu taleyin özbaşnalığına buraxmaq olmaz.
Mövzunu qələm almağıma əsas səbəblərdən biri də odur ki, müxtəlif səviyyəli vətəndaşlarımız, taleyinin acı çalarlarında “çabaladıqlarında” gileyləir, sosial sıxıntılardan daim əziyyət çəkir, maddi imkansızlıqlarından sanki boğulurlar. Bir tərəfdən məmur özbaşnaliğı sadə insanları öz məngənəsində daim sıxmaqdadır. Qanunlarımız yüksək çinli məmürlar tərəfindən pozulduğundan, kimsədən ədalət tələb etmək gülüncdür. Artıq şüurlara həkk olub, kimdən-kimə deyəsən?!
Hər gün küçədə rastlaşdığım 30-35 yaşlarında qadının qucağında tutduğu uşaq yenə də başını onun çiyninə qoyaraq sinəsinə yayılmışdı. O, uşağa işarə edərək yazıq-yazıq dillənir;
-Allah xatirinə kömək edin! Anadan şikəst olan balamın dərdinə dərman tapılmır. Atası erkən dünyasını dəyişib. Yeməyə çörəyim də yoxdur.
Bu mənzərəni görənlər kövrəlməyə bilərmi? Bu nə zəmanədir! İcra strukturları, mənsəb sahibləri nə üçün belə bədbəxtləri müəyyənləşdirib onlara yardım göstərmirlər?! Axı bu, onların konstitusion borcudur. Əsas qanunumuzun 12-ci maddəsini onlara xatırladım: “İnsan və vətandaş hüquqlarının və azadlıqlarının,Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Bəs nə üçün məmurlar öz vəzifə borclarına əməl etmirlər?
Əhalinin bir qisminin yağ-bal içərisində bəslənməsi ilə öyünməkdənsə, binəsiblərin dilənməsinin qarşısına sipər çəkmək daha önəmlidir və bunun ücün dövlətimizin hər cür imkanı var. Bu niyə baş vermir?
Süfrəmiz kasıb, cibimiz boş, əlimız qabar… sabaha heç bir inam olmadığından unudulmuş vəziyyətdə olanları, yüksək vəzifəli məmurlar anlamalıdır ki, belə ürəkqabarlarına göz yummaqla onlar müstəqil respublikamızın nufuzuna ciddi xələl gətirirlər. Bunun sonu pis olar... Mərhəmətli olun, cənablar!

Əlizadə Nəhmədağaoğlu