İrəvan Müəllimlər Seminariyasının 140 illiyi… - İTC-nin təşkilatçılığı ilə elmi-praktik konfrans keçirildi / VİDEO

Baxış sayı:
27824

İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə 25 aprel Atatürk mərkəzində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi”nə  həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransın məqsədi XIX əsr tarixində İrəvan Müəllimlər Seminariyasının maarif və elmin inkişafında rolunun, eyni zamanda Seminariyada təhsil alan dövrün görkəmli ziyalılarının elmi-mədəni mühitə verdiyi töhfənin vurğulanmasıdır.

İlk olaraq Azərbaycan Respublikasının Himni səsləndirildi, Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyətinin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi İradə Rizazadə keçirilən konfransın mahiyyətindən, İTC-nin gördüyü işlərdən danışdı. O, həmçinin qədim tarixə malik olan seminariyanın tarixinin yaşadılması, gənc nəslin maarifləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140  illiyi” ilə bağlı Sərəncamının xüsusi mahiyyətini vurğuladı.

Daha sonra məruzələr dinlənildi. Azərbaycan Dövlət Pedaqoji Universitetin dekanı, professor, elmlər doktoru Fərrux Rüstəmov İrəvan Müəllimlər Seminariyası və onun xələfi İrəvan Türk Pedaqoji Texnikumu, Qərbi Azərbaycan Azadlıq Təşkilatı İdarə Heyətinin sədri Əli Vəliyev isə Qərbi Azərbaycanda (indiki Ermənistan) təhsilin tarixi mövzularında məruzə ilə çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Bakı Slavyan Universitetinin professor Şəlalə Həsənova, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək Seminariyanın təhsil ocaqları sırasında əhəmiyyəti rolunu xüsusi vurğulamışdırlar.

Məruzələrdən sonra İTC-nin Dövlət və Millət Şurasının üzvü Məhluqə Rəhimova İTC-nin fəaliyyəti və gələcək perspektivlərindən danışdı.

Konfrans müzakirələrlə davam etdirildi. “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” ilə bağlı elmi-praktik konfransın iştirakçıları tərəfindən XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində İrəvanda bütün çətinliklərə sinə gərib xalqın tərəqqisinə çalışan Axund Molla Məhəmmədbağır Qazızadə ilə birlikdə maarif və mədəniyyətin yayılmasına xidmət göstərmiş ziyalı və maarifçilər - Fazil İrəvani, Məmmədvəli Qəmərlinski, Məmməd bəy Qazıyev, Cəfər bəy Cəfərbəyov, İbadulla bəy Muğanlinski, Mirzə Cabbar Məmmədzadə, Həsən bəy Qazıyev, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Rəhim Xəlilov, Abbas Ağa Fərəcov, Məhəmməd Axundov və başqalarının milli pedaqoji kadrların yetişdirilməsində danılmaz əməyi gündəmə gətirildi, hər birinin xatirəsi hörmətlə yad edildi.