ZƏFƏR QURULTAYINDA DATÜB RƏHBƏRLİYİ DƏ İŞTİRAK EDİR - Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi qonaqları məmnun edib / FOTOLAR

Baxış sayı:
33880

Xəbər verdiyimiz kimi, bu gün - aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir.
Muxalifet.az xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) rəhbərliyi də ZƏFƏR QURULTAYIna dəvətlilər sırasındadır. Əldə etdiyimiz məlumata əsasən, Dünya Azərbaycanlılarının V Qurultayında DATÜB Başqanı Ziyəddin Kassanovun rəhbərliyi ilə, Birliyin Baş katibi Fuat Uçar, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlundan ibarət nümayəndə heyəti iştirak edir.
Tədbir iştirakçıları bu il Dünya Azərbaycanlılarının V Qurultayının düşmən işğalından azad edilən Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşada keçirilməsindən xüsusilə məmnun qaldıqlarını ifadə ediblər.
Xəbər verdiyimiz kimi, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, dünya azərbaycanlılarına, eləcə də bir çox dünya dövlətlərinə mühüm mesajlar verib.
Dünya Ahıska Türkləri Birliyi (DATÜB) belə bir mühüm tədbirə dəvətə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü çatdırıb.


Muxalifet.az