​Hicablı qadınları təhqir edən aktrisa HƏBS OLUNA BİLƏR – İstintaq başladı...

Baxış sayı:
3436

Aktrisa Dəniz Çakırın getdiyi bir kafedə hicablı qadınları təhqir etdiyi haqda iddialar yayılıb.
 
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həmin an sərxoş olub. Çakır yanındakı stolda oturan 6 hicablı qadına "Bura Ərəbistandır? Nə gəzirsiniz burada" sözlərini deyib.
 
Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama verib.
 
Lakin artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.