Gürcüstan XİN Azərbaycana təşəkkür etdi - ƏRAZİ BÜTÖVLÜYÜNƏ DƏSTƏK VERDİYİ ÜÇÜN
24-03-2020 12:49
Baxış sayı:
3462
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.
"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma "prezident seçkilərini" qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.