Eçmiədzinin qanlı sirrləri-onları kim açır?

Baxış sayı:
2896

Artıq əsas geosiyasi oyunçuları və Vatikanı özündə cəmləşdirən Erməni Apostol Kilsəsinə (EAK) nəzarəti uğrunda ciddi mübarizənin getdiyi barədə müxtəlif vaxtlarda yazılmışdı. Xüsusilə, EAK uğrunda mübarizənin bəzi detalları “Eçmiədzin yeni “ağaların” əlinə keçməkdədir və Rusiya ilə Gürcüstana qarşı istifadə ediləcək” (http://kavkazplus.com/news.php?id=27150#.Xia1jzIzbIU) məqaləsində vurğulanmışdı.
Görünür, dünyanın əksər ermənilərini birləşdirən dini quruma nəzarət indi çox vacibdir. Bu nəzarət uğrunda mübarizə nəticəsində nəinki "çirkli", həm də "qanlı camaşırlar" gün üzünə çıxmağa başlayır.
Bu yaxınlarda armenia.im saytında bir material dərc olundu: “Sensasion təfərrüatlar: Vazgen Sarkisyan Qaregini kilsəyə necə zorla sırıdı və eyni gündə öldürüldü. Yepiskop Tiran sükutu pozdu "(https://armenia.im/news/2020-1-15-2).
Həqiqətən də, hazırkı Katolikos Qareginin II 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində qanlı terror aktı baş verdiyi gün seçilməsinə görə (həmin parlamentin girişində Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın ölümünə səbəb olmuş və bundan sonra Ermənistan hakimiyyətini başda Robert Koçaryan olmaqla “qarabağ klanının” əlində cəmləşdirmiş) "vəlvələ salan təsadüf" mövzusunda uzun sürən səssizlik qəribədir. Xüsusilə eyni şəxslərin həm terror hücumunda, həm də katolikos seçilməsində əli varsa.
Bu an, İrəvandakı terrorçular parlamenti ələ keçirəndə, Erməni Apostol Kilsəsinin mərkəzində Müqəddəs Eçmiədzin Katolikosu seçilirdi. O dövr üçün olduqca gənc olan Qaregin Nersesyan Ararat yeparxiyasının rəhbəri seçildi. O, ilk rəqibini - 100-dən çox səs toplayaraq - taxt-tac varisi Nerses Pozapolyanı qabaqladı.
Arxiyepiskop Qaregin Nersesyanın Ermənistan hakimiyyəti və prezident Robert Köçəryanın özü tərəfindən dəstəkləndiyi bildirildi, bunun üçün bir sıra iyerarxlar, o cümlədən arxiyepiskop Qaregin Nersesyanın rəqibləri, dövlət başçısını kilsə işlərinə qarışmaqda ittiham etdilər.
Ancaq Qaregini katolikos seçki günü öldürülən Vazgen Sarkisyanın dəstəkləməsi suallar doğurur. Bəlkə də əvvəlcə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpağı Qarabağ ətrafındakı 7 rayonunun işğalını dayandırmağa başlamaq fikrinə qarşı olduğu üçün Qaregini də eyni cür dəstəklədi.
Lakin, görünür, bəzi geosiyasi oyunçuların “arqumentlərinin” təsiri altında Vazgen Sarkisyan Qarabağla bağlı fikirlərini dəyişdi. Bəlkə də ölümündən əvvəl EAK-nin gələcək katolikosuna qarşı fikrini dəyişdi. Ancaq bunun nə olduğunu heç bilməyəcəyik.
Bu və ya digər şəkildə, amma məlum olur ki, 27 oktyabr 1999-cu ildə ermənilər üçün əsas məsələlər - Qarabağ münaqişəsi ilə yeni katolikos seçilməsi həll edilməli idi və həmin gün Ermənistan parlamentdəki hücum onlara müəyyən "düzəlişlər" etdi.
Beləliklə, Eçmiədzindəki Nerses Popozolyanın taleyi haqqında çox “ söhbət açmamağa” çalışırlar. Yenə də əslində o, sifarişli qətlin qurbanı oldu.
2009-cu ildə 18 fevral hücumunda Nerses Popozolyan ağır yaralanmışdı. Komada olan Nerses Popozolyan Nairi Tibb Mərkəzində öldü, əlbətdə cinayətin sifarişçiləri tapılmadı.
Aydın məsələdir ki, "Qarabağ klanı" və Rusiya Nersessə deyil, Gareginə “stavka elədi”. Və 1999-cu ildə onlar qələbə qazandılar. Lakin 2018-ci ilin “erməni maydanı”ndan və İrəvanda hakimiyyətə gələn Nikol Paşinyandan sonra vəziyyət dəyişdi. Qarabağ klanı məğlub oldu, "qüdrətli" Robert Köçəryan məhkəmədən məhkəməyə sürüklədilər. Göründüyü kimi, bəzi qüvvələr EAK-ə təsir altına almaqla bağlı təcili "oyunu yeniləmək" məsələsini həll etmək istəyirlər.
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az