“Belə görünür ki, aldatmalar olub, yalanlar söylənib” – TRAMP VƏLİƏHDİ MÜDAFİƏ ETDİ

Baxış sayı:
2902

ABŞ Prezident Administrasiyasında heç kim Qaşıqçının ölümü ilə bağlı vəliəhd Məhəmməd bin Salmanı günahlandırmır.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Vaşinqton Post”a müsahibəsi zamanı danışıb.
 
“Belə görünür ki, aldatmalar olub, yalanlar söylənib. Salman çox güclü nəzarətə sahib, vətənini sevən bir şəxsdir”, - Tramp bildirib.