​Barak Obama ABŞ prezidenti seçkilərində səs verdi

ABŞ prezidenti Barak Obama dövlət başçısı seçkilərində vaxtından əvvəl səs verib.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Amerika lideri səs hüququndan prezident seçildiyi vaxta qədər yaşadığı Çikaqoya səfəri çərçivəsində istifadə edib.
Obama prezident vəzifəsində ikinci müddətini 2017-ci ilin yanvarında başa vuracaq. Amerika qanunlarına görə, o, üçüncü dəfə seçilə bilməz.