Zəngilan, Cəbrayıl və Qubadlının işğaldan azad edilən kəndlərinin ADLARI - PREZİDENTDƏN AÇIQLAMA

Baxış sayı:
1117

Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adları açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını bu gün xalqa müraciətində açıqlayıb.
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.