Xatunun biabır etdiyi müğənni Mətanət İsgəndərli imiş… - FOTO

Baxış sayı:
385

Müğənni Xatun Əliyevanın "Üç əlli" verilişində müğənni həmkarı ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub. 

O həmkarının adını çəkmədən onu xəsislikdə ittiham edib: 

"Bir həmkarımla toyda idim. Ofisiant 6-dan gecəyə kimi qulluğumuzda durdu, ona 6 manat pul verdi. Salyanda toyda idik. Bütün günü toyda, nə qədər pul qazanır. Çıxarıb ofisianta 6 manat verdi. Adam o qədər pul verər? Özüm bilə-bilə soruşdum. Mən də çıxarıb 50 manat verdim. Hər kəs öz qiymətini verir".

Müğənninin instaqram səhifəsinə nəzər saldıqda isə məlum olur ki, o, sonuncu dəfə müğənni Mətanət İsgəndərli və aşıq Daşqınla birlikdə Salyanda toy idarə edib. Xatun İsgəndərli ilə fotolarını sosial şəbəkədə paylaşıb. //Musavat