"VUR" ƏMRİ BELƏ VERİLİB - Suriyanın 1332 neft quyusunun başında ABŞ hərbi bazası qurulur

Baxış sayı:
5869

İŞİD-YPG/PKK terrorundan Suriyanın qaymağını çəkmək üçün istifadə elədilər

ABŞ prezidenti Donald Tramp Suriyadakı neft sahələrinin təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar aparılmasına razılıq verib. Yəni, hərbçilər atəş aça biləcəklər. Bölgəyə 800 nəfərə qədər hərbçi göndəriləcək və yeni bir baza qurulacaq.

AP informasiya agentliyinin ABŞ-dan olan məmurlara istinad elədiyi xəbərə görə, cümə günü Tramp və müdafiə rəhbərlərinin keçirdiyi iclasdan sonra verilən qərara görə, yüzlərlə Amerika hərbçisi Deyr əz Zor və Haseke arasında uzanan və YPG terror təşkilatının nəzarətində olan təqribən 150 kilometrlik əraziyə yerləşdiriləcək. Məmurlar 200 nəfəri Suriyanın cənubundakı Əl Tanf qarnizonundan olmaqla, ən azı 800 hərbçinin bölgəyə göndəriləcəyini bildirib. Beləliklə, ABŞ 1332 ədəd neft quyusunun olduğu Rumeylan şəhərinin cənubunda hərbi baza qurur.