Vəhabi ata qızını 8 dəfə ərə verdi: Qadın çıxış yolunu GÖRÜN NƏDƏ TAPDI – QƏRİBƏ OLAY

Baxış sayı:
25150

8 dəfə ərə gedən qadın yerli imama müraciət edib. Hadisə Qazaxıstanın Aktoba şəhərində baş verib. O, məscidlərdə nikah yaşının artırılması ilə bağlı məsələnin müzakirəsini istəyib. Məlumata görə, qadını hər dəfə ərə getməyə vəhabi olan atası vadar edib. Rabiyə adlı qadın bildirib ki, o, sevgi ilə yox, atasının təkidi ilə ərə gedib: “O, namaz qılırdı, ancaq onu sətri mənada anlayırdı”. Qadın bildirib ki, həddi- buluğa çatdığını göstərən əlamətlər oraya çıxan kimi atası onu ərə verib: “Hamıya göstərmək istəyirdi ki, dinin qaydalarını yerinə yetirir”. Nəticədə ata öz əqidədaşları ilə bir arada olduğu zamanlarda qızına subay kişilər axtarmağa başlayıb. Seçimləri isə müxtəlif yaşlı kişilər olub: “Atamın gözündə mən qarımış qızı idim. 2004-cü ildə buraxılış sinfində olarkən, atam məni ərə verdi. Nikah rəsmiləşdirilmədi, çünki mən yetkinlik yaşına çatmamışdım. Nikah dini qaydalarla oldu. Heç kəs mənim razılığımı soruşmadı. Ərə getməyin nə olduğunu bilmirdim. Çox yaşamadıq, o, mənə talaq verdi”. Bundan sonra qız atası evinə qayıdıb, ancaq atası dərhal ona ikinci ər tapıb. Nəticədə 2017-ci ilə qədər qadını 7 dəfə ərə veriblər. O, 4 uşaq dünyaya gətirib, ancaq hər “nikah” ayrılıqla nəticələnib. Bütün bunlardan sonra qadın ölkədə nikahla bağlı maarifləndirmə tədbirlərinin aparılmasını istəyir./cebhe.info