"Ürəklərdəki ağrı 77 il sonra hələ də ilk günkü kimi təzədir” – FUAT OKTAYDAN “AXISXA TÜRKLƏRİ” MESAJI

Baxış sayı:
334

Axıska Türklərinin öz tarixi vətənlərindən sürgün edilmələrinin 77-ci ildönümündə Türkiyənin vitse-prezidenti Fuat Oktay sosial media hesabından mesaj yayımlayıb.

Qafqaz.media xəbər verir ki, mesajda aşağıdakı ifadələr yer alıb:

"Ürəklərdəki ağrı 77 ildən sonra hələ də ilk günkü kimi təzədir. 1944-cü il noyabrın 14-də vəhşicəsinə yurdlarından didərgin salınan Axısxa Türklərini unutmamışıq və unutmayacağıq".