TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI PUTİNİ NİYƏ NARAHAT EDİR? – Yaxud Ərdoğan və Putinin türk və rus dünyasına baxışlarında nə kimi fərqlər mövcuddur…

Baxış sayı:
265

“Rəcəb Tayyib Ərdoğanın türk dünyasına baxışı Vladimir Putinin rus dünyasına baxışından fərqli olaraq, dinlə, hətta türk milliyətçiliyi ilə daha az bağlıdır”.
Qafqaz.media xəbər verir ki, bu, Praqalı şərhçi Harun Sidorovun fikridir. Sidorov deyir ki, türk dünyası eyni zamanda mövcud beynəlxalq sistemə daha uyğundur və uğur qazanma ehtimalı da daha yüksəkdir.
Şərhçi qeyd edir ki, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin ən mühüm cəhətlərindən biri onun müşahidəçi qismində iştirakçı statusunda nə müsəlman, nə də türk olmayan Macarıstanı daxil etməsidir. Digər cəhət isə Təşkilatın türk, lakin pravoslav xristian olan qaqauzlara kifayət qədər maraq göstərməsini açıq şəkildə bildirməsidir. Bu, Türkiyənin rəhbərlik etdiyi quruma digər qeyri-türk və qeyri-müsəlman ölkələrin də daxil edilməsinə yol açır.
“Ən azı müşahidəçi statusuna əsas namizədlərdən biri pravoslav xristian, lakin Krım tatarlarını fəal  dəstəkləyən Ukraynadır. Krım taraları Rusiya tərəfindən işğal və ilhaq olunmuş ərazilərdə yaşayırlar. Təşkilatın qəbul etdiyi "Türk dünyasına Qlobal Baxış 2040"-ın da “dini baxımdan neytral xarakter daşıması” və dövlətlərin ərazi bütövlüyünü dəstəkləməsi, yəni xoş məramı o deməkdir ki, bu təşkilat Putin Rusiyasının sərgilədiyi təhdid kimi dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, üzvü olduğu dövlətlər üçün təhdid təşkil etmir və bu da ona qəbul ehtimallarını daha da artırır. İdeoloji cəhətdən belə neytral yanaşma TDT-nı praktiki yönümlü layihə kimi daha cəlbedici edir”, - deyə Sidorov davam edir.

" Türk Dövlətləri Təşkilatının ideoloji vurğusu rus dünyasının ideoloqları üçün xarakterik olan xüsusi türk yolu, sirli türk ruhu və ya türk ideyası ilə heç bir analoji çaları ehtiva etmir. TDT-nin ideologiyası var, lakin bu, əsas məqsədi bütün mövcud dövlətlərin vahid türk dövlətində birləşməsi və etnik türklərin, tarixi türk torpaqlarının onlara birləşdirilməsi kimi pantürkizm stereotipinə bənzəmir. Əksinə, Putinin rus dünyası, türk dünyasının belə təlqin etmədiyi pantürkizmə bənzəyir", - deyə Sidorova görə, yaxın gələcəkdə müşahidəçi qismində Türk Dövlətləri Təşkilatına qoşulması ən çox gözlənilən ölkə Ukraynadır. Onun fikrincə, artıq bu perspektiv təkcə Kiyevdə deyil, TDT-na üzv olan paytaxtlarda da müzakirə olunur. Və bu, üzv dövlətlərin Ukraynanın ərazi bütövlüyünə və Krım tatarlarının hüquqlarına dəstəyindən daha çox şey deməkdir.
Sidorov deyir ki, əgər Ukrayna «rus dünyası”nda müşahidəçi qismində təmsil olunsaydı, Rusiya bunu təkcə türk əhalisini təcrid etməyi tərcih etdiyi üçün deyil, həm də mövcud beynəlxalq nizama hörmət etmədiyi, əksinə onu devirmək istədiyi üçün edə bilməzdi. Bu amil isə TDT-nı Moskva üçün sadə pantürk qruplaşmasından daha böyük təhlükəli edir.