Trampın Yaxın Şərq səfərindən bəri TƏZYİQ DÜŞMƏDİ – HADİSƏLƏRİN XRONOLOJİ ARDICILLIĞI

ABŞ prezidenti Donald Trampın 20 may 2017-ci ildə həyata keçirdiyi Səudiyyə Ərəbistanı səfərindən sonra Yaxın Şərqdə təzyiq bir an belə düşmədi.
 
Demək olar ki, o gündən bu günə, hər keçən gün bütün bölgədə zəlzələ təsiri altında silkələnmələr müşahidə olunur. Məhz Trampın bütün zəif nahiyələri tətikləyən səfəri və Yaxın Şərq liderləri ilə birlikdə əllərini basdıqları kürədən çıxan hadisələrinxronologiyası:
 
 20 may - Trampın Ər-Riyad səfəri
 
 ABŞ prezidenti Tramp səfəri zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Kral Salman ilə qılınc rəqsi oynamağa etiraz etməyən Trampın səfər boyu ən çox danışılan görüntüsü isə şübhəsiz, Misir xuntası Əbdul- Fəttah es-Sisi və Səudiyyə Kralı ilə ətrafında toplaşdıqları kürəyə əl basması olub.
 
 5 İyun - Qətər Böhranı
 
 23 mayda Qətər və Ərəb ölkələri arasında başlayan kiber hücum böhranının ardından 5 İyunda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən, Qətər ilə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb. Qərara səbəb olaraq "Qətərin terrorizmə dəstək verməsi" göstərilərkən, Doha rəhbərliyi ittihamları rədd edib.
 
 21 iyun - Yeni Vəliəhd Şahzadə
 
 Kral Salman, ölkəsində bir ənənəyə son verərək, Vəliəhd Şahzadə Məhəmməd bin Nayifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salmanı gətirib. Dəyişiklik "yumşaq çevriliş" kimi şərh olunub.
 
 30 iyul – Şiə lideri Muktəda Sədr Səudiyyə Ərəbistanında
 
 İraqlı Şiə lider Muktəda əl Sədr, rəsmi dəvət əsasında 11 il aradan sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.
 
 25 sentyabr – IKBY-də mübahisəli referendum
 
 25 sentyabrda İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin də aralarında olduğu bir çox ölkənin əleyhinə olduğu "müstəqillik referendumu" nu həyata keçirib.
 
 12 Oktyabr - Həmas və Fəth razılaşdı
 
 Həmas və Fəth Hərəkatı, Misirdə davam edən danışıqlar çərçivəsində Fələstindəki pərakəndəliyi bitirən "uzlaşma sazişini" imzalayıb.
 
 13 oktyabr –İranla bağlanan nüvə sazişi Konqresdə
 
 Son dövrdə İrana qarşı təzyiqi artıran ABŞ prezidenti Tramp, İranla 2015-ci ildə imzalanan nüvə müqaviləsindən dəstəyini çəkərək, müqavilə ilə bağlı qərarı Konqresə buraxdı.
 
 24 oktyabr - Səudiyyə Ərəbistanı mötədil İslama qayıdır
 
 Səudiyyə Vəliəhdi Şahzadə Məhəmməd bin Salman, ölkəsinin "mötədil İslama qayıtdığını açıqlayaraq," ekstremizmi yaxında yox edəcəklərini deyib.
 
 2 noyabr - Bin Laden sənədlərində İran- əl-Qaidə əlaqəsi
 
 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ), əl-Qaidə lideri Usame bin Ladenin evinə edilən basqında ələ keçirdiyi 470 minə yaxın faylı nəşr etdirməsi, İranın əl-Qaidə ilə olan əlaqələrini gün üzünə çıxardı.
Müxalifət.az