Tramp Rusiyaya ORTAQLIQ TƏKLİF etdi, RƏDD CAVABI aldı

Baxış sayı:
10666

Rusiya ABŞ-la Suriya nefti msəsləsində əlbir olmaqdan imtina edib.

Moskva Suriya nefti məsələsində Vaşinqtonla əməkdaşlıq etmək niyyətində deyil, bu Suriya xalqının milli sərvətidir, deyə xarici işlər nazirinin müavini Sergey Vershinin bildirib.
"RİA Novosti" xəbər verir ki, o, "Amerikalılarla bu mövzuda - Suriya nefti məsələsində əməkdaşlıq etməyəcəyik" deyib.
Vershinin vurğulayıb ki, söhbət Suriya neftindən, "yəni bütün Suriya xalqının milli sərvətindən" gedir. "Əminik ki, Suriya xalqı öz təbii sərvətlərini, o cümlədən nefti öz nəzarəti altına almalıdır", deyə ifadə edib .
Bir az əvvəl ABŞ Prezidenti Donald Tramp, ən azı 800 ABŞ əsgərinin Suriyada qalacağını təsdiqlədi, “guya” onların əsas vəzifələrindən biri neft yataqlarına nəzarət etmək olacaq.
Oktyabr ayında Tramp elan etmişdi ki, Suriyanın şimalındakı neft yataqlarının ABŞ-ın "himayəsinə" alıb . Rusiya Vaşinqtonu "beynəlxalq səviyyədə dövlət banditizmində" də günahlandırıb. Habelə neft qaçaqmalçılığının sübutları da yayımlanıb.

Muxalifet.az