"Taliban"çılar 25 nəfəri qaçırdı
27-11-2018 16:11
Baxış sayı:
5962

"Taliban" hərəkatının nümayəndələri Əfqanıstanın Saripul əyalətinin Bəlxab mahalından Məzari-Şərif şəhərinə gedən 25 nəfəri qaçırıb.
Muxalifet.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Bəlx vilayətinin qubernatorunun nümayəndəsi məlumat verib.
Qaçırılanların hazırda harada olduğu barədə məlumat verilməyib.