“Talançılığın tüğyan etdiyi bir dövrdə, kitab oğurlayanın şəklini yaymaq həyasızlıqdır”

Baxış sayı:
1153

“İki gəncin kitab oğurlamaqlarının təfərrüatlarını bilmirəm. Hər bir normal insan kimi oğurluğun əleyhinə olsam da bu oğurluğa çox sevindim. Bu cavan insanlar bu hərəkətləri ilə bir daha insanların yadına kitab oxumağın da lazım olduğunu saldılar”. 

Bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, həmin gənclərin şəkillərinin çəkilib o formada tirajlanmasının arxasında nəyin durduğunu dəqiq bilmir:

“Əgər bunu ancaq kitab oğurladıqlarına görə ediblərsə (ağlım bunu dərk etmir) bu addımı atanları cahil sayıram. Bu oğurluğa görə məsuliyyətə alınmaqlarını demirəm, onları bu şəkildə tirajlamaq, alçaltmaq heç bir əndazəyə sığmayan addımdır. Ölkədə talançılığın tüğyan etdiyi bir dövrdə, milyardları mənimsəyənlərin at oynatdığı bir məqamda belə addımı ancaq həyasızlıq adlandırmaq olar”.