Tacikistan-Qırğızıstan sərhədində ölənlərin sayı artdı - YENİLƏNİB

Baxış sayı:
792

Qırğızıstan Tacikistanla sərhəddə toqquşmalarda 13 nəfərin öldürüldüyünü bildirir. Ölkənin Səhiyyə Nazirliyi aprelin 30-da toqquşmalarda 134 nəfərin xəsarət aldığımı açıqlayıb. Toqquşmalar aprelin 28-də tərəflərin bir-birini daşa tutması ilə başlanıb.

Sonradan vəziyyət gərginləşib, sərhəd qüvvələri arasında atışma olub. Aprelin 19-da iki ölkənin xarici işlər nazirləri atəşkəs əldə olunduğunu, əsgərlərin geri çəkiləcəyəni, münaqişənin diplomatiya yoluyla həll olunacağını bildiriblər.

Batken regionunun hakim orqanları sərhəd kəndlərindən 13 min 500 qırğızın köçürüldüyünü açıqlayıb.

***

Qırğızıstan-Tacikistan sərhədində yerli sakinlərin iştirakilə baş vermiş qarşıdurmada üç nəfər həlak olub.

Qırğızıstan tərəfinin verdiyi məlumata görə aprelin 28-29-da Batken vilayətinin Leylek rayonunda 13 yaşlı qız uşağı da daxil üç nəfər öldürülüb.

Qırğızıstanın cənubundakı Batken vilayətinin polis idarəsi qarşıdurmaya görə Tacikisitan vətəndaşlarını ittiham edib.

Polis bildirir ki, taciklər Kok-Taş kəndində yerləşən hərbi birləşməyə atəş açıblar. Qırğızıstanın Ak-Say kəndi yaxınlığında da atışmanın olduğu bildirilir.

Tacikisitanın Sərhəd Mühafizəsi Xidməti qırğız tərəfinin ittihamalırını rədd edib və bildirib ki, əvvəlcə qırğızlar Qolovnoy supaylama stansiyası yaxınlığındakı sərhədçilərə atəş açıblar.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Tacikistan-Qırğızıstan sərhədində yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət alıb.

Aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər.

Bu da xəbər verilir ki, mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub.

Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər.

“Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.

Lakin Taciksitan rəsmniləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.

Sovetdən qalma mübahisə

Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.

1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.

Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb.

Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar.

AzadlıqRadiosunun Qırğız xidmətinin məlumatına görə bundan sonra atəş açılıb.

“Fergana” saytının yazdığına görə aprelin 29-da tərəflər arasında “əsl müharibə” başlanıb.

Hazırda hər iki tərəf vəziyyətin sabit olduğunu bildirir.

Özbəkistan təmkinə çağırır

Qırğızıstanda münaqişənin tənzimlənməsi üçün komissiya yaradılıb. Komissiyaya baş nazirin birinci müavini Artyom Novikov başçılıq edir.

Hadisə ilə bağlı yaxınlıqdakı qırğız kəndlərindən birinin qadın və uşaqları başqa yerə evakuasiya olunub.

Qırğızıstan prezidenti Sadır Japarov hökumət üzvləri ilə müşavirə keçirib və deyib ki, tərəflər arasında ümumi dil tapmaq mümkün olacaq. Bu arada Özbəkistan hökuməti tərəfləri təmkinə çağırıb.

Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir. Lakin bunun yalnız 519 kilometri delimitasiya və demarkasiya edilib.

Sərhəd boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir.