​Səudiyyədən vətəndaşlara çağırış: Livana getməyin

Səudiyyə Ərəbistanı hökuməti Livanda yaşayan vətəndaşlarının bu ölkəni tərk etməsi yönündə çağırış edib.
Muxalifet.az xəbər verir ki, rəsmi Ər-Riyad həmçinin müxtəlif ölkələrdə yaşayan Səudiyyə vətəndaşlarına da xəbərdarlıq ünvanlayaraq Livana səfər etməmələrini tövsiyə edib.
Qeyd edək ki, Livanın baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı.
Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı. Mətbuat Ər-Riyadın bununla Livana təzyiq etmək istədiyini vurğulamışdı.