SON DƏQİQƏ: ABŞ-dan Türkiyə ilə bağlı SÜRPRİZ SANKSİYA ÇIXIŞI - Ankaranın hərbi qüvvəsinin sirri

Baxış sayı:
10416

ABŞ-ın “Defence News” nəşri Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq olunan sanksiyalara əhəmiyyət vermədiyini bildirib. Muxalifet.az publika.az- istinadən xəbər verir ki, dərgi məsələ ilə bağlı geniş analiz yayımlayıb. Analizə əsasən, Türkiyənin alternativləri var və bir çox silahı da özü istehsal edə bilir. Buna görə də bir çox ölkənin rəsmi Ankaraya sanksiya tətbiq etməsi heç bir işə yaramayacaq. "Aralarında Fransa, İsveç, Çexiya, Norveç, Hollandiya, Finlandiya, İspaniya və Almaniyanın da olduğu NATO üzvü olan bəzi ölkələr Türkiyənin “Barış Pınarı” hərəkatına reaksiya olaraq ölkəyə silah satışını dayandırdı. Lakin Türkiyə əməliyyat üçün lazım olan silah və sursatları özü istehsal edir. Rəsmilər sanksiyaların Türkiyənin hərbi qabiliyyətinə minimum təsir göstərəcəyini ifadə edərək embarqoya fikir vermirlər. Onlar yerli istehsalın ordunun 70% ehtiyaclarını qarşıladığını bildirir. Müdafiə sənayesi analitikləri Ukrayna, Belarus, Pakistan, Cənubi Koreya və Çini alternativ bazar olaraq təqdim edir və xüsusilə, Rusiyanın bir NATO üzvünə istədiyi hər şeyi satmaq istəyəcəyini vurğulayır".