ŞOK: ABŞ koronavirusun müalicəsində istifadə olunan bütün dərmanları alıb

Baxış sayı:
469

ABŞ koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” dərmanının dünyadakı bütün fondunu alıb.

Bu barədə İngiltərənin “Qardiyan” nəşri informasiya yayıb.

Bu da dünyanın heç bir ölkəsinin 3 ay ərzində bu preparatdan tapa bilməyəcəyi mənasına gəlir.

Hazırda dünyada dərmandan 5 yüz min qutu mövcuddur. Bu da dərman istehsalçısı “Gilead” şirkətinin iyul ayı potensialının hamısını, avqust və sentyabr ayının 90%-ni əhatə edir.

Liverpul Universitetinin doktoru Endryu Hill ABŞ-ın “Remdesivir”in təchizatına imkanı olduğunu, bu durumda Avropanın əliboş qaldığını bildirib.

ABŞ-ın Səhiyyə naziri Aleks Azar isə bu addımı “möhtəşəm” adlandırıb.

ABŞ hökumətinin açıqlamasına görə, altı dozalı bir müalicənin dəyəri, təxminən, 3200 dollar təşkil edir.

Dərmanın istehsal edilən ilk 140 min dozası dünya miqyasındakı sınaqlarda istifadə edilmişdi.

Ebola virusunu müalicə etmək məqsədilə istehsal olunan, lakin bu istiqamətdə effekt verməyən “Remdesivir” ABŞ-da koronavirusun müalicəsində tətbiq edilən ilk təsdiqlənmiş dərmandır.

Avropa Dərman Təşkilatı da qitə miqyasında istifadə edilməsi üçün bu dərmanı məsləhət görüb.

ABŞ-da aparılan ən az 2 araşdırma “Remdesivir”dən istifadənin koronavirus xəstələrinin müalicə müddətini qısaltdığını göstərib. Dərman virusun hüceyrə daxilində çoxalmaq üçün ehtiyac duyduğu bir fermenti hədəf alır və virusun çoxalma potensialını bloklayır./Publika.az