ŞƏHİD GİZİRİMİZ HAQQINDA SƏNƏDLİ FİLM HAZIRLANIR - Axısxa türkü olan Kərim Əliyev barədə film yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək / FOTOLAR

Baxış sayı:
814

İkinci Qarabağ Savaşının şəhidi, gizir Əliyev Kərim Qeyrətxan oğlu haqqında sənədli film hazırlanır.

Muxalifet.az xəbər verir ki, bununla, daha bir şəhidimizin xatirəsinin əbədiləşdirilməsi nəzərdə tutulub.

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun dəstəyilə Azərbaycanın Xızı rayonunun Fındığan kəndindən və əslən Axısxa türkü olan şəhidimiz haqqında hazırlanacaq sənədli film üçün şəhidin valideynləri, bacıları və döyüş yoldaşları ilə röportajlar artıq hazırlanıb.

Qeyd edək ki, sənədli film yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.