Saakaşvili Ukraynada vəzifəyə təyin olundu - FƏRMAN

Baxış sayı:
1938

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilinin rəsmi vəzifəyə təyinatı ilə bağlı fərman imzalayıb.

Belə ki, M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gürcüstan tərəfi M.Saakaşvilinin Ukraynada hər hansı bir rəsmi vəzifəyə mümkün təyinatına kəskin etiraz bildirib.