“S-400-lərin bütün NƏZARƏTİ TÜRKİYƏDƏ OLACAQ”

Türkiyənin müdafiə naziri Nurəddin Canık, Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemlərinin nəzarətinin tamamilə Türkiyədə olacağını deyib.
 
Türkiyənin müdafiə naziri Canik, Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemlərinin nəzarətinin tamamilə Türkiyədə olacağını və raketin dost-düşmən tanıma sisteminin də dəyişdiriləcəyini qeyd edib.
 
SİLAH TAMAMİLƏ TÜRKİYƏNİN NƏZARƏTİNDƏ OLACAQ
 
Türkiyənin müdafiə ehtiyaclarını təmin edəcək məhsulları istehsal etməsiində uzun illər bəzi səbəblərlə istəkli olmadığını deyən Canık, bunları qeyd edib:
“Xüsusi ilə də tərkibində olduğumuz müdafiə alyansı və Qərb bloku tərəfindən ehtiyacımız olan müdafiə sistemləri çox ucuz və problemsiz Türkiyəyə verilib. Bu şəkildə bir müdafiə konsepsiyasına görə, torpaqlarımızın müdafiə edilməsinin mümkün olub, olmadığı məsələsi ayrı bir mübahisə mövzusudur, amma mənə görə deyi,l çünki silah tamamilə onların nəzarətindədir.”
 
S-400-ün ƏN BÖYÜK FƏRQİ BUDUR
 
CanIk, Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemlərinin nəzarətinin tamamilə Türkiyədə olacağını söyləyərək, belə davam edib:
“Bu raketlərdə həmçinin dost-düşmən tanıma sistemi də dəyişdiriləcəkdir. Ona dair proqram dəyişiklikləri başlamışdır. Burada raket sistemlərinin harada yerləşəcəyi, nə zaman istifadə ilə bağlı bütün qənaət səlahiyyəti Türkiyədə olacaqdır. NATO çərçivəsində aldığımız və ya Türkiyəyə yerləşdirilən o sistemlərdən ən böyük fərqi də budur.”

Müxalifət.az