"Rusiya ordusu Ukraynanı üç tərəfdən mühasirəyə alıb" - “The New York Times”

Baxış sayı:
370

Rusiya hərbçiləri Ukraynanı üç tərəfdən mühasirəyə alıblar. Muxalifet.az xəbər verir ki, bu barədə “The New York Times” Rusiya ordusunun və texnikasının Ukrayna sərhədləri yaxınlığında təxmini yerləşdiyi xəritəni dərc edərək yazır.
 
2022-ci ilin əvvəlindən Rusiya yerləşdirilən qüvvələrin mövqelərini gücləndirmək üçün Luqansk və Donetsk yaxınlığındakı ərazilərə beş min hərbçi də daxil olmaqla daha beş batalyon taktiki qrupu yerləşdirib. Bundan əlavə, xeyli sayda Rusiya hərbi qulluqçusu Ukrayna sərhədinə yaxın şimal bölgələrinə, xüsusən də Ukrayna, Belarus və Rusiya sərhədlərinin birləşdiyi Klintsıya göndərilib. Qəzet yazır ki, bu mövqelər Kiyevə asanlıqla çata biləcək yerlərdə yerləşir.
 
Daha üç qrup Voronej yaxınlığında yerləşir. NYT qeyd edir ki, bu qoşunlar hərbi əməliyyat olacağı təqdirdə ciddi təhlükə yarada bilər. Daha biri - Volqoqrad vilayətində və ikisi - Donbassda işğal olunmuş ərazilərlə sərhədə yaxındır. Artilleriya Krasnodar diyarında, digər hissəsi isə Krımda yerləşdirilib.
 
Qeyd olunur ki, xəritə Ukrayna və Qərb mənbələrinin, müstəqil hərbi ekspertlərin məlumatları və peyk məlumatları əsasında hazırlanıb.