“RUSİYA İLKİN MƏRHƏLƏDƏ QAZAXISTANDA İSTƏDİYİNİ ƏLDƏ ETDİ...” – Natiq Cəfərli: “Yaxın aylarda SSRİ-nin başqa bir adla “xortlaması”nın şahidi ola bilərik”

REAL Partiyasının İcra katibi, politoloq Natiq Cəfərli “Qafqaz Media” internet telekanalının aparıcısı Kamran Güllərin suallarını cavablandırıb. Muxalifet.az saytı müsahibədən bəzi sitatları və videomüsahibəni dəyərli oxucularına təqdim edir:
- “KTMT qoşunlarının Qazaxıstanda olması əhali tərəfindən xoş qarşılanmadığından, Tokayev yaxın 10 gün ərzində bütün qoşunların ölkədən çıxarılacağı haqda bəyanatlar səsləndirdi”
- “Qazaxıstan rəhbərliyi çox gözəl anlayır ki, Rusiya ölkənin şimal hissəsini Qazaxıstandan qoparacaq gücə malikdir...”
- “Qazaxıstan hadisələrinin əsas səbəblərindən biri klanlararası daxili savaşdır... Təəssüf ki, bu savaş ölkəyə xarici qoşunların gəlməsinə yol açdı, yüzlərlə insanın həlak olmasına səbəb oldu”
- “Rusiya Baykanurun müdafiəsini gücləndirmək adı altında oradakı qoşunlarının sayını dəfələrlə artıra bilər”
- “KTMT formal olaraq Qazaxıstandan çıxsa da, rus qoşunun bir hissəsi Qazaxıstan ərazisində qala bilər”
- “Tokayevin güclənərək iqtisadi məsələlərə müdaxilə etməsi köhnə klanın xoşuna gəlmədi... Son hadisələr də onu göstərdi ki, Tokayevin əsas hədəfi Nazarbayevin kölgəsindən canını qurtarmaqdır”
- “Qazaxıstan hadisələrinin əsas səbəblərindən biri budur ki, Nazarbayev Putinin SSRİ-ni diriltməsinə qarşı çıxıb...”
- “Nazarbayevin həyatda olub-olmadığı ilə bağlı ciddi suallar var...”
- “Rusiya ilkin mərhələdə Qazaxıstanda istədiyini əldə etdi...”
- “Rusiya faktiki olaraq Qazaxıstandakı uran yataqlarına da nəzarəti öz üzərinə götürdü”
- “Mən düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasının pik nöqtəsinə yaxınlaşırıq...”
- “Yaxın aylarda SSRİ-nin başqa bir adla “xortlaması”nın şahidi ola bilərik”
- “Türkiyənin Qazaxıstanda gücü bir yerə qədərdir...”
- “Rusiya bu həmlə ilə Türk Birliyinin yaranmasını ən azı ləngitdi, çünki Qazaxıstan bu zəncərin ən vacib həlqələrindən biri idi”
- “Türk cümhuriyyətlərinin bir çoxunda çatışmayan cəhət elmi-mədəni azadlıqların məhdudlaşdırılmasıdır”
- “Lukaşenko Putinin təzə Jirinovskisidir...”
- “Bu il SSRİ-nin yaranmasının 100 illiyidir. Bu simvolikadan istifadə edib, hansısa formada yeni bir ittifaq müqaviləsinin ya imzalanması, ya da elan olunması mümkündür”
- “Rusiya anlayır ki, Azərbaycanda ictimai rəyi çoxdan itirib...”
- “Rusiya anlayır ki, gec-tez Azərbaycanla Ermənistan anlaşacaq, bundan sonra “sülhməramlılar”ın orda qalması problemə çevriləcək. Ona görə də Xankəndidə yaşayan erməniləri özünə daha çox bağlamaq istəyir”
- “Rusiya Xankəndidəki qondarma qurumu de-yure tanıya və onun əli ilə orda qala bilər”
- “Ermənistan Rusiyadan addım-addım qopmaq istəyir”