Rus jurnalistlər Türkiyədə saxlanıldı- PUA-LARLA BAĞLI İCAZƏSİZ ÇƏKİLİŞƏ GÖRƏ

Baxış sayı:
516

Rusiyanın NTV telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malişkin və Türkiyə vətəndaşı A.Ç.K.Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.

İstanbul icra hakimiyyətindən verilən açıqlamada bildirilib ki, "Pilotsuz Uçuş Apparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi, foto və video çəkilişlərin qadağan olduğu ərazidə Rusiya vətəndaşları İ.Malişkin və A.Petruşko və Türkiyə vətəndaşı A.Ç.K. 03.12.2020 tarixində saat 10.30-da polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslərə qarşı başladılan istintaq davam edir. Baş prokurorun göstərişi ilə saxlanılma qərarının müddəti 3 gün artırılıb".

Ötən gün Rusiyanın NTV kanalı da iki əməkdaşı ilə əlaqə saxlaya bilmədiyini açıqlamışdı.