Qazaxıstanda qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var

Baxış sayı:
9349

Qazaxıstanın Almatı vilayətində qatarın avtobusla toqquşması nəticəsində bir nəfər ölüb, iki uşaq və bir qadın xəsarət alıb.APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, bazar günü saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində keçinib.

“Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb. Bir nəfər ölüb, yaralılar var. Başsağlığı verirəm. İstintaq başladılıb”, – deyə Tokayev öz “Twitter” səhifəsində yazıb.

***

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub. APA-nın “sputniknews.kz” portalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.