"Qarabağ"ın oyununda dron qaldıran ermənilərin lideri həbs edildi - VİDEO
6-11-2019 14:59
Baxış sayı:
10660
"Düdelanj" - "Qarabağ" oyununda təxribat törətmiş "First Armenian Front" (FAF) adlı hərəkatın liderindən olan Ervand İsmayılyan həbs olunub.
Baku.ws erməni KİV-nə istinadən xəbər verir ki, təxribatçı qrupun lideri Finlandiya Ermənistan yığmalarının oyununda etdiyi xuliqanlığa görə məsuliyyətə cəlb edilib.
Bildilir ki, FAF-ın liderlərindən olan erməni təxribatçı türk fanat Veli Peka Hutarinin üzərinə fayer (yanan cism) atdığı üçün stadionda saxlanılıb və dərhal polis idarəsinə aparılıb.
Ervand İsmayılyana 2 həftəlik həbs cəzası verilsə də, üstündən 3 həftə keçib və o, azad olunmayıb.
Qeyd edək ki, Finlandiyada saxlanılan erməni "Düdelanj" - "Qarabağ" oyununda törədilən təxribata rəhbərlik edənlərdən olub.