Putin: Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosundakı partlayışların təşkilatçısı idi

Baxış sayı:
3115

Bu ilin avqust ayında Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosunda törədilən partlayışların təşkilatçılarından biri idi. Muxalifet.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Parisdə “Norman Dördlüyü” liderlərinin görüşündən sonra təşkil edilən mətbuat konfransında söyləyib. Putin, onun Qafqazda yaradılan qeyri-qanuni silahlı dəstələrin fəal üzvü olduğunu və polis tərəfindən axtarıldığını xatırladıb. “Onunla nə baş verdiyini bilmirəm. Bu, quldur mühitidir və orada hər şey ola bilər”. Rusiya prezidenti bildirib ki, Rusiya və Almaniya diplomatlarının qarşılıqlı surətdə ölkədən çıxarılması Rusiya-Almaniya münasibətlərində böhrana səbəb olmayacaq. Muxalifet.az